Rusiyanın məşhur teatr və kino aktyoru Sergey Bukreyev tamaşa zamanı dünyasını dəyişib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, “İz” və “Kor” seriallarında rol alan sənətçi 56 yaşında ürək tutmasından ölüb.
Teatrdan verilən məlumata görə, aktyor özünün ən yaxşı rollarından birini - Martin Makdonaqın "Cəlladlar" tamaşasında oynayırmış. Annatür zamanı özünü pis hiss edib, bayıra çıxıb və huşunu itirib.
Həmçinin bildirilir ki, həkimlər Bukreyevin həyatı üçün bir neçə gün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.
Mərhum aktyor “Vitka Çesnok Lexa Ştırı qocalar evinə necə aparıb” filmində də rol alıb.