İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp Haaqada NATO Baş katibi ilə mətbuata açıqlamasında bildirib.
İranın nüvə proqramını yenidən bərpa etməsi təqdirdə, ABŞ-ın növbəti dəfə İrana zərbə endirib-endirməyəcəyinə dair suala Tramp “əlbəttə” cavabını verib.
***
09:37
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin komandanı, general İsmayıl Qaani sağdır.
Lent.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
24 iyun, saa: 13:03
İran İsraillə atəşkəsin qüvvəyə minməsi ilə bağlı bəyanat yayıb. İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanatında atəşkəsin bərqərar olması təsdiqlənir.
***
10:22
İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib. Bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.
***
09:40
ABŞ Prezidenti Donald Trump İsrail və İran arasında əldə olunmuş atəşkəsin qüvvəyə mindiyini bildirib. O, tərəfləri əldə olunmuş atəşkəsə əməl etməyə çağırıb.
***
09:16
İranın ballistik raketlərlə İsrailin Beerşeba şəhərinə zərbəsi nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.
***
23 iyun
13:39
İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın dövlət televiziyasının "9 Dey" binasına raket zərbələri endirib.
***
09:54
"Xaricdən yönələn təzyiqlərə baxmayaraq, uranın dinc məqsədlər üçün zənginləşdirilməsini davam etdirəcəyik".
Lent.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini deyib.
***
09:25
İsrail Hərbi Hava Qüvvələri İranın qərb hissəsində yerləşən Kirmanşahdakı hərbi obyektlərə zərbələr endirməyə başlayıb.
***
21 iyul
Saat 17:29
İsrailin İrana hücumu nəticəsində 3000 nəfər yaralanıb, 400 nəfər həlak olub.
Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat mərkəzinin məlumatında qeyd olunub.
***
14:02
"ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq".
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib.
***
12:25
İran İsrailin Beyt Şean şəhərinə PUA (pilotsuz uçuş aparatları) vasitəsilə zərbələr endirib. Hadisə nəticəsində yaralananların olmadığı bildirilib.
***
09:45
İranın PUA komandanı Əminpur Cudəki öldürülüb. Onun ötən gün hava zərbələri nəticəsində öldürüldüyü qeyd edilib.
***
20 iyun, Saat 17:17
İranın hücumları nəticəsində İsrailin Hayfa şəhərində 5 nəfər yaralanıb.
Lent.az İsrail mediasına əsasən xəbər verir ki, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.
***
17:04
İrandan İsrailə 25 raket atılıb.
Lent.az xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.
İsrail ordusu İrandan buraxılmağa hazır olan üç raket buraxılış qurğusuna hücum edib. Qurğularla yanaşı, atışlara cavabdeh olan qüvvələrin komandiri də məhv edilib.
***
09:46
İsrail hərbi aviasiyası İranın şimalında, Xəzər dənizinin sahilindəki Rəşt şəhərinə aviazərbələr endirib.
***
09:16
İsrail Müdafiə Qüvvələri ötən gecə Tehranda hərbi təyinatlı raketlərin istehsal edildiyi və nüvə tədqiqatlarının aparıldığı obyektlərə zərbələr endirib.
***
19 iyun
Saat 16:51
“Hərbi əməliyyatlar nəticəsində İranın nüvə arxivini ələ keçirməyə nail olmuşuq”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.
İsrailin baş naziri ABŞ-ın İsrail – İran savaşına qoşulması imkanını da dəyərləndirib: “Bu məsələ həmin ölkənin prezidenti Donald Trampdan asılıdır. Çünki oyunun qaydalarını məhz o bilir. Bizim heç vaxt Trampın özündən yaxşı dostumuz olmayıb. Bu səbəbdən də biz onun bütün qərarlarına hörmətlə yanaşırıq. Biz İranın nüvə ilə bağlı arxivini ələ keçirməyə nail olmuşuq. İrandakı şiə qanadı bizə cavab zərbələri endirir, lakin “Hizbullah” indiyədək bir ədəd də olsun raket atmayıb”.
***
12:09
Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb.
***
10:40
İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsraildə xəstəxanaya hücumlarını kəskin şəkildə pisləyib.O, özünün "X" hesabında paylaşım edib.
"Bu səhər İranın terrorçu tiranları Beerşeba şəhərindəki Soroka xəstəxanasına və İsrailin mərkəzində mülki əhaliyə raket zərbələri endiriblər. Tehrandakı tiranlardan bunun hesabını ağır ödəyəcək", - Netanyahu vurğulayıb.
***
09:28
İsrail İranın iri nüvə obyekti yerləşən ərazisinə hücum həyata keçirib.
***
09:03
İran İsrail ərazisində xəstəxanaya raket zərbəsi endirib, azı 10 nəfər yaralanıb.
***
18 iyun
saat17:47
İsrail bu dəqiqələrdə Tehranı bombalayır.
İranın Daxili Təhlükəsizlik Qərargahı da İsrailin endirdiyi hava zərbələri nəticəsində məhv edilib.
***
saat 16:59
İsrail ordusu hazırda Tehran ərazisində hərbi obyektlərə zərbələr endirir.
***
16:22
İsrail Tehranın şərqində hərbi bazanı vurub.
Lent.az "MOUZE" teleqram kanalına istinadən həmin görüntünü təqdim edir:
***
09:37
İsrail İranın uranın zənginləşdirilməsi üçün istifadə olunan istehsalat obyektlərinə zərbələr endirib.
03:59
İsrail Ordusu Tehran ətrafında hücum əməliyyatına başlandığını açıqlayıb.
***
00:16
İsrailin "El Al", "Arkia" və "Israir" aviaşirkətləri Avropada olan israillilərin ölkəyə qaytarılması məqsədilə hökumətdən xüsusi reyslərin həyata keçirilməsi üçün icazə aldıqlarını açıqlayıblar.
***
20:55
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, hazırda İranın ali rəhbəri ayətullah Əli Xameneinin aradan götürülməsi ilə bağlı plan yoxdur, lakin o, İran liderindən qeyd-şərtsiz kapitulyasa tələb edib.
***
18:10
İsrail İsfahanda neft emalı zavoduna hava zərbələri endirib.
***
18:10
İsrail hərbi aviasiyası İran Milli Radiosunun yerləşdiyi mərkəzə aviazərbələr endirib.
17:42
İranın paytaxtı Tehranda güclü partlayışlar baş verib.
***
15:49
Kreml İsrail və İranı daha sonra sülh yolu ilə nizamlanmaya keçmək üçün maksimum təmkin nümayiş etdirməyə çağırır.
***
13:10
İran Mossadın binasını raketlə vurub - Mehr agentliyi.
***
10: 52
Ötən gecə ərzində İsrail Hərbi Hava Qüvvələri İsrailə atılan 30-a yaxın İran PUA-sı (pilotsuz uçan aparatı) vurub.
***
10:12
İran tərəfindən İsrailə 30 raket atılıb.
***
16 iyun
Saat 20:54
İsrail ordusu İrandan növbəti raket buraxılışını qeydə alıb
***
08:47
İran tərəfindən atılan raket İsrailin Hayfa şəhərindəki elektrik stansiyasına düşüb.
***
07:53
İranın İsrailin mərkəzinə endirdiyi son raket zərbələri nəticəsində 3 nəfər ölüb, 67 nəfər yaralanıb.
***
06:33
İsrailin bir çox bölgəsi xüsusilə də Tel-Əviv və Hayfa şəhərləri raket hücumuna məruz qalıb
***
00:37
İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 224 nəfər həlak olub.
***
23:04
İsrail İranın Xarici İşlər Nazirliyinin binalarından birini hədəfə alıb.
Lent.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
“Hücum nəticəsində bir neçə həmkarım yaralanıb”, - İran XİN rəsmisi qeyd edib.