Poqba bu kluba keçir, danışıqlar sona çatır
23 iyun 2025 13:28 (UTC +04:00)

Poqba bu kluba keçir, danışıqlar sona çatır

0

"Monako" yarımmüdafiəçi Pol Poqbanı transfer etməyə yaxındır.

Lent.az xəbər verir ki, transferin yekun detalları razılaşdırılır. Futbolçu ilə iki illik müqavilə hazırdır. Poqba hazırda azad agentdir.

Xatırladaq ki, Poqbanın dopinqə görə 4 illik diskvalifikasiya müddəti 18 aya endirilib. Belə ki, Fransa millisinin sabiq futbolçusu cəzasını mart ayında başa vurub. Mətbuatda yayılan xəbərlərə görə, "Monako"dan başqa, "Marsel" də Poqba ilə maraqlanır.

2023/2024 mövsümündə Poqba "Yuventus"un heyətində cəmi iki oyun keçirib, o vaxtdan fransalı rəsmi oyunlarda iştirak etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1656

Oxşar yazılar