Asan hazırlanan qarğıdalı konservi- <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
22 iyul 2019 17:48 (UTC +04:00)

Asan hazırlanan qarğıdalı konservi- Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Myfoodchannel” adı ilə məşhur olan səhifəyə istinadla evdə hazırlanan qarğıdalı konservinin resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
8 ədəd qarğıdalı, 1 yemək qaşığı şəkər tozu, 1 dolu yemək qaşığı qaya duzu.
 
Hazırlanma qaydası:
 
Yuyub təmizlənən qarğıdalı hissələrə bölünür, dənələrə ayrılır və üzərinə 1-2 barmaq keçənədək isti su əlavə edilir. Qazan ocağa yerləşir və qaynayan zaman üzərinə 1 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı qaya duzu əlavə edilir. 
 
Qarğıdalı bişənədək qaynadılır, hazır olana yaxın banka və qapaqlar  sterilizə olunur. Qapaqların üzərini bağlayacaq qədər isti su tökülür, 10 dəqiqə saxlanılır və götürülür.
 
Bankalar isə yuyulduqdan, qurudulduqdan sonra 100 dərəcədə işlək sobada 10 dəqiqə saxlanılır. 
 
Qarğıdalı bişdikdə suyu ilə birlikdə bankalara yığılır. Əgər su çatmazsa, əlavə qaynar sudan da istifadə etmək mümkünür. Daha sonra bankaları tərs çevirib, üzərini dəsmalla örtürük. Tamam soyuduqdan sonra isə gün düşməyən sərin yerdə saxlayırıq.
 
Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1967
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar