Səyyar ASAN bu rayonlarda olacaq - <span style="color:red;">SİYAHI
02 iyul 2018 13:19 (UTC +04:00)

Səyyar ASAN bu rayonlarda olacaq - SİYAHI

Səyyar ASAN xidmət bəzi rayonlarda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Lent.az xəbər verir ki, xidmət 3 iyuladək Qaxda, Daşkəsən və Tərtərdə, 7 iyuladək Lerikdə,  4 iyuladək Hökməli qəsəbəsində, 26 iyuladək Kürdəmir və Lənkəranda, 31  iyuladək  Şəki və Qusarda, 4 – 18 iyul Pirallahıda, 6 – 30 iyul Şamaxıda, 7 – 31 iyul Gədəbəy və Yevlaxda  vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Əmək pensiyalarının təyin edilməsi

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar