Aşağı vəzifəyə keçirilən prokuror pensiyaya çıxıb
22 may 2013 16:36 (UTC +04:00)

Aşağı vəzifəyə keçirilən prokuror pensiyaya çıxıb

Keçən ilin sentyabr ayında baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Şamaxı rayon prokuroru vəzifəsindən azad edilən və Lənkəran rayon prokurorlunun köməkçisi təyin edilən Füzuli Musayev pensiyaya çıxıb. Lent.az-ın məlumatına görə, bir neçə ay müddətində Lənkəranda çalışan sabiq prokuror daha sonra ərizə yazaraq pensiyaya çıxmaq istədiyini bildirib. Yaşının hələ prokurorluq orqanlarında işləməyə imkan verməsinə baxmayaraq, F.Musayevin pensiyaya çıxmaqla bağlı ərizəsi qəbul edilib.

 

Qeyd edək ki, keçən ilin sentyabr ayından etibarən Şamaxı rayon prokuroru vəzifəsi hələ də boşdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1858
avatar

Nizam Rza

Oxşar yazılar