Baş nazir Artur Rasizadə “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib. Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, qərarla dövlət reyestrinə qurumların ləğvetmə prosesində olması, müddətin keçməsi ilə əlaqədar ləğvetmə prosesinə yenidən başlanılması, Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddəti barədə məlumat, həmin müddət uzadıldığı halda onun uzadılması müddəti haqqında məlumat da daxil edilib.
Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş hüquqi şəxs barədə qurumun ləğvetmə prosesində olması, ləğvetmə prosesinin ümumi müddətinin keçməsi ilə əlaqədar ləğvetmə prosesinə yenidən başlanılması, qurumun ləğv edilməsi barədə məlumatlar da əskini tapacaq.