Gənclər beynəlxalq tədbirdə təmsil olunub
08 dekabr 2014 15:26 (UTC +04:00)

Gənclər beynəlxalq tədbirdə təmsil olunub

0

Gənclər Təşkilatları Milli Şurasının İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Pərvin Piriyev Fransanın Strasburq şəhərində həyata keçirilən “Əbədi Gənc – Gənclərin  muxtariyyət və iş həyatına keçidi” simpoziumunda iştirak edib. Lent.az-ın məlumatına görə, simpozium Avropa Şurasının Gənclər Departamenti tərəfindən təşkil olunub. 3 gün davam edən tədbirdə Avropa Şurasının üzvü olan ölkələrin gənclər sektorunu təmsil edən 70-ə yaxın gənc iştirak edib. Tədbir gənclərin muxtariyyət və iş həyatına keçidində gənclər siyasətinin rolunu artırılması üçün yeni alət və mexanizmlərin formalaşdırılması və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədi ilə təşkil olunub.

Simpozium plenar və işçi qruplardan ibarət olmaqla təşkil olunub.

Tədbirin gedişatında iştirakçılar işçi qruplara bölünüblər. İşçi qruplar zamanı iştirakçı ölkələrdə gənclərin müxtariyyəti və işlə təmin olunması, gənclər siyasətinin bu istiqamətdə verdiyi tövhələr mövzüsunda müzakirələr aparılıb. GTMŞ-nın nümayəndəsi tərəfindən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatlardan bəhs olunub. Azərbaycanda həyata keçirilən Dövlət Gənclər siyasəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar