ARDNŞ Türkiyənin “Star” Media Qrupunu aldı
24 aprel 2013 15:05 (UTC +04:00)

ARDNŞ Türkiyənin “Star” Media Qrupunu aldı

ARDNŞ Türkiyənin “Star” Media Qrupunu alıb.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Star” Media Qrupunu  Medya Qrupu”nun ARDNŞ-ə hansı məbləğ müqabilində satıldığı açıqlanmayıb.

 

“Star” Medya Qrupu” Fettah Tamince və Tevhit Karakayaya məxsusdur. Qrupa “Star” qəzeti və “Kanal 24” telekanalı daxildir.

 

Qeyd edək ki, “Rixos” otellər şəbəkəsinin sahibi və “Star” Media Qrupunun ortağı Fettah Tamince 10 gün əvvəl satışla bağlı ARDNŞ-lə müzakirəyə başladıqlarını açıqlayıb. Ötən müddət ərzində hər iki tərəf də satış məsələsində razılığa gəlib. Bundan əvvəl ARDNŞ-in yalnız “Kanal 24” telekanalını almaqla bağlı müzakirə apardığı və ilkin razılaşma əldə edildiyi barədə xəbər yayılmışdı.

Məsələni dəqiqləşdirmək üçün ARDNŞ-lə əlaqə saxlamaq cəhdimiz baş tutmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2699
avatar

Oxşar yazılar