
Aprelin 15-də ikinci sınaq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 15-də Respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Qax, Bərdə, Göyçay, İsmayıllı, Şirvan, Saatlı, Lənkəran, Cəlilabad, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 45 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23124 abituriyent qeydiyyatdan keçib.
Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.
İmtahanların idarə edilməsi üçün 144 imtahan rəhbəri, 1383 nəzarətçi-müəllim ayrılıb.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46