APA TV-nin yeni layihəsi efir həyatına başlayır. "Sənaye" adlanan veriliş müxtəlif məhsulların yaranma tarixinə, istehsal prosesi ilə tanışlığa həsr olunub. Layihənin məqsədi tamaşaçıları gündəlik həyatımızda istifadə olunan qida və sənaye məhsullarının hazırlanma texnologiyası ilə tamaşaçıları tanış etməkdir. Tamaşaçılar müxtəlif sənaye məhsullarının necə hazırlandığı, ərsəyə gələnədək hansı mərhələlərdən keçdiyi barədə birbaşa istehsal yerində aparılan çəkilişlər sayəsində xəbər tutacaqlar.
İlk verilişdə tamaşaçılara çörəyin necə hazırlanması prosesi təqdim olunacaq. Verilişdə insanların ilk dəfə buğdanı necə əldə etməsi, ondan un hazırlaması, çörək bişirməsi, bir sözlə ilk təndirlərdən tutmuş müasir, ən yeni texnologiyalarla təchiz olunmuş zavodlaradək çörək istehsalı ilə bağlı bütün tarixi mərhələlər öz əksini tapıb.
Layihə çərçivəsində bir çox yerli və xarici sənaye müəssisələrində çəkilişlər planlaşdırır. Xaricdən idxal olunan və Azərbaycan istehlakçılarının istifadə etdiyi sənaye məhsullarının da təqdimatı nəzərdə tutulur.
Qeyd edək ki, ilk verilişin çəkilişləri 1 saylı çöprək zavodunda aparılıb.
Layihə rəhbəri Gülnarə İlham, rejissoru Əli Hüseynovdur.
APA TV-nin yeni layihəsi - “Sənaye”
0
0
0
0