ANS-in MTRŞ-yə qarşı məhkəməsi başlayıb
15 aprel 2014 19:00 (UTC +04:00)

ANS-in MTRŞ-yə qarşı məhkəməsi başlayıb

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmənin hazırlıq iclası keçirilib.


 

APA-nın məlumatına görə, iclasda hakim iddia ərizəsinin məzmununu elan edib. Növbəti məhkəmə prosesi isə mayın 22-nə təyin edilib.

 

Qeyd edək ki, bu il yanvarın 14-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.


İclasda “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

 

10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən «Adam içində» verilişində «Televiziya və radio yayımı haqqında” qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin,  “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulduğundan MTRŞ-in qərarına əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib. 

 

Həmin qərardan narazı qalan ANS Media Şirkəti isə məhkəməyə qərarın ləğvi barədə iddia ilə müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665
avatar

Oxşar yazılar