“Tənqidçi Elnarə Tofiqqızının ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işinin başlanmasından iki ay yarım ötməsinə baxmayaraq, heç bir ciddi istintaq hərəkəti aparılmayıb”. Bunu Lent.az-a açıqlamasında “Medi Sina” klinikasında dünyasını dəyişən Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı, zərərçəkən Anar Niftəliyev deyib.
Onun sözlərinə görə, faktiki olaraq istintaq donmuş vəziyyətdədir: “Halbuki istintaq hərəkətlərini zəruri edən ifadələr verib, iddialar qaldırmışam”.
İşin gedişi ilə bağlı prokurorluqda yaradılan istintaq qrupunun rəhbəri Ələkbər Rzayev isə açıqlamasında bildirib ki, hazırda mümkün olan zəruri istintaq tədbirləri gedir: “İstintaq başa çatdıqda obyektiv qərar qəbul ediləcəyinə şübhəniz olmasın”.
Xatırladaq ki, 20 sentyabr 2013-cü ildə “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişən E.Tofiqqızının ölüm işi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda 25 sentyabr 2013-cü ildə cinayət işi başlanılıb. Hələlik həkimlərdən heç biri məsuliyyətə cəlb edilməyib.
Millət vəkili Çingiz Qənizadə də Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində baş vermiş ölümü ilə bağlı mərhumun həyat yoldaşının Milli Məclisə daxil olmuş ərizəsini baxılması üçün Baş Prokurorluğa ünvanlayıb.