Fevralın 21-də Dünya Ana Dili Günüdür. Bu gün yaxınlaşdıqca Azərbaycan türkcəsində bir sinfi məktəbi belə olmayan Güney Azərbaycan türkləri çeşidli tədbirlər keçirirlər.
Lent.az-ın məlumatına görə, Azərbaycanın Urmiya şəhərindəki Universitetin tələbələri Azərbaycan dili, ədəbiyyat və mədəniyyəti ilə bağlı broşura yayıb.
Azərbaycanın başqa şəhərlərinin universitetlərində də həmin braşurların yayıldığı bildirilir.
Görüləcək tərbirlərdən biri də Azərbaycan türkcəsində məktəbin olmamasına, bu dilin məktəblərdə öyrənilməsinin yasaqlanmasına etiraz olaraq, ölkə çıxan qəzet və dərgilərə müraciətlər göndəriləcək.
ABŞ-da yaşayan soydaşlarımız Dünya Ana Dili Günü münasibətilə yürüş keçirməyi planlaşdırır.
Aksiya cuma günü, fevralın 22-də ABŞ-ın Dövlət Departamentinin binası qarşısında keçiriləcək.
Aksiyada rasist, irqçi İran hakimiyyətin 30 milyondan çox Azərbaycan türkünün dilini qadağan etməsi və onlara qarşı yürütdüyü milli assimiliasiya siyasətinə etiraz ediləcək.
Bunun yanaşı Güney Azərbaycanda türklərin milli –mədəni haqlarının təmin olunması uğrunda fəaliyyət göstərdiyi üçün tutulanların azad olunması da tələb ediləcək.