AMEA prezidenti RTEA-nın xarici üzvü seçilib
03 mart 2014 12:36 (UTC +04:00)

AMEA prezidenti RTEA-nın xarici üzvü seçilib

AMEA-nın və Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti, akademik Akif Əlizadə geologiya elminin inkişafında göstərdiyi xidmətlərə görə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyətinin qərarına əsasən, RTEA-nın xarici üzvü seçilib. Lent.z-ın Akademiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, alim, həmçinin «Рыцарь науки и искусства» Fəxri nişanı ilə də təltif edilib.

 

RTEA Rəyasət Heyətinin üzvü, Yeraltı Sərvətlərin Sistem Tədqiqatları seksiyasının rəhbəri, texnika üzrə elmlər doktoru, akademik Əzizağa Şahverdiev alimin Rusiya və Azərbaycan elmi cəmiyyətlərinin beynəlxalq əlaqələrinə, təbiət və texniki elmlərin inkişafına, yeraltı sərvətlərin tədqiqinə əhəmiyyətli töhfələrini qeyd edib və ona RTEA-nın üzvlük diplomunu və Fəxri nişanını təqdim edib.

Həmçinin, Azərbaycan və Rusiya beynəlxalq elmi əlaqələrinin inkişafında böyük xidmətləri olan AMEA-nın vitse-prezidentləri - akademiklər İbrahim Quliyev və Akif Hacıyev RTEA-nın xarici üzvü seçiliblər. Alimlərə RTEA-nın fəxri diplomu və döş nişanı təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar