Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) bu ilki büro iclası AMEA-da keçirilir. Lent.az-ın məlumatına görə, “Yer kürəsinin gələcəyi, fəlakət riski və davamlılıq” adlı iclası çıxışı ilə Azərbaycan Geodeziya və Geofizika Komitəsinin prezidenti, Akademiyanın vitse-prezidenti İbrahim Quliyev açıb. O qeyd edib ki, son zamanlar yer kürəsinə fəlakət gətirən təbiət hadisələrinin riski, bu hadisələrə hazırlıq səviyyəsinin ölkələr üzrə müzakirəsi böyük əhəmiyyətə malikdir. İ. Quliyevin sözlərinə görə, tədbirdə beynəlxalq təşkilatın 6 assosasiyasının milli nümayəndələri iştirak edir: “Dörd günlük iclas iyunun 13-də başa çatacaq. İclasda 2004-2013-cü illər ərzində Azərbaycan ərazisindəki seysmik proseslər, GPS məlumatların nəticələri əsasında yer təkinin dəyişməsi, kosmosda baş verən dəyişiklərin yer kürəsinin coğrafi enliyindəki texnoloji və bioloji sistemə təsiri müzakirə ediləcək”.
AMEA-nın vitse-prezidenti onu da qeyd edib ki, hazırda Qafqazın seysmik modelləri hazırlanır.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışı zamanı bildirib ki, bu cür tədbir ölkəmizdə ilk dəfədir keçirilir. “Respublikamızda belə tədbirin keçirilməsi təbiidir. Çünki Azərbaycan seysmik ərazidə yerləşir”.
A. Əlizadə onu əlavə edib ki, ölkəmizdə hər gün zəlzələ baş verir. “Demək olar ki, biz Azərbaycanda hər gün zəlzələni hiss edirik. Sonuncu yeraltı təkan Xəzər dənizində, Azəri-Çıraq yatağı yerləşən ərazidə baş verib. Bu barədə Respublika Seysmoloji Xidməti Mərkəzinin direktoru Qurban Yetirmişli mənə məlumat verib”.

AMEA prezidenti: “Azərbaycanda hər gün zəlzələ baş verir”
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20