AMEA-dan Lent.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturaya sənədlər elan dərc edildiyi gündən sentyabr ayının 30-dək qəbul edilir. Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.