“Gənc alimi yetişdirmək üçün əlimizdə elm zəncirinin bütün istiqamətlərini tuta bilməliyik. Əgər magistraturaya, doktoranturaya qəbul hazırlayırıqsa, zəncirdə lisey-gimnaziya nəzarətsiz qalırdı. Bu baxımdan Təhsil Nazirliyi ilə danışıq aparılıb”. Lent. az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə bildirib. Onun sözlərinə görə, razılaşmaya əsasən Təhsil Nazirliyi tərəfindən AMEA-ya 2 lisey ayrılıb. “6-cı sinifdən yuxarı akademiyanın alimləri müxtəlif istiqamətli təhsil keçəcəklər. Alimlər ora gedib liseydə akademiya olaraq nə formada iştirak edilməsini müəyyənləşdirilməlidir. Bununla bağlı hazırda danışıqlar aparılır”.
AMEA prezidenti təəssüflə qeyd edib ki, akademiyanın hələlik universiteti yoxdur.
A.Əlizadə onu qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura pilləsinə qəbul kəskin şəkildə azaldılıb. “Yəni az olsun keyfiyyətli olsun”.