AMEA Bakıda zəlzələ baş verməsi barədə xəbərlərə aydınlıq gətirdi
24 may 2013 12:10 (UTC +04:00)

AMEA Bakıda zəlzələ baş verməsi barədə xəbərlərə aydınlıq gətirdi

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün səhər saat 10:50 radələrində Bakıda zəlzələ olmasına dair bəzi KİV-də yayılan məlumatlar təkzib edib.

Lent.az-ın verdiyi məlumata görə, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq, bəyan edib ki, ölkə ərazisində baş verən zəlzələlərə dair məlumatlar ilk olaraq AMEA RSXM-in rəsmi internet saytında www.seismology.azda operativ olaraq yerləşdirilir və AMEA RSXM zəlzələ ilə bağlı məlumatlar yayarkən rəsmi sayta istinad etməyi xahiş edir.


AMEA RSXM bildirir ki, zəlzələ əhali tərəfindən hər zaman həyəcanla qarşılanan təbii fəlakət olduğundan, heç bir əsası olmayan məlumatların yayılması insanların yersiz narahatçılığına səbəb olur: “Odur ki, mətbuat nümayəndələrindən peşə borclarını yerinə yetirərkən rəsmi və dəqiq məlumatlara istinad etməsi zəruridir. Qeyri - dəqiq informasiya yayan KİV-lər əhalidə narahatlıq yaratmaqla yanaşı, həm də öz imiclərinə ziyan gətirmiş olur”.

# 1052
avatar

Oxşar yazılar