AMEA alimlərinə mənzil veriləcək
29 yanvar 2013 19:14 (UTC +04:00)

AMEA alimlərinə mənzil veriləcək

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimlərinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Dövlət Proqramı hazırlanacaq. Bu barədə APA-ya açıqlamasında AMEA prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı müzakirələr gedir. Dövlət Proqramının layihəsi yaxın vaxtlarda hazırlanaraq müvafiq qurumlara təqdim olunacaq.

 

M. Kərimov qeyd edib ki, Dövlət Proqramına yalnız Akademiyada çalışan alimlərlə bağlı məsələlər daxil ediləcək: “Digər sahələrdə çalışan alimlər üçün az və ya çox dərəcədə bu məsələlər həllini tapır. AMEA-da isə bu məsələ problem olaraq qalır”.

 

AMEA prezidentinin sözlərinə görə, artıq Akademiyanın yataqxanasında yaşayan evsiz alimlər üçün yaşayış binasının tikintisinə hazırlıq gedir: “Yeni bina paytaxtın Yasamal rayonu ərazisində aspirantlar üçün yataqxananın yerləşdiyi ərazidə tikiləcək. Həmin yataqxana yəqin ki, söküləcək. Yaxın günlərdə yeni binanın tikintisinə başlanacaq. Artıq bu məqsədlə hazırlıq işləri aparılır”.

 

AMEA yataqxanasında 118 ailənin yaşadığını deyən M. Kərimov deyib ki, tikiləcək binanın yalnız bir bloku yataqxanada yaşayan ailələrə veriləcək: “Qalan bloklar isə başqa məqsədlərlə istifadə olunacaq. Bu, daha çox kommersiya layihəsidir. Binanı tikəcək sahibkarlar təbii ki, böyük mənfəət güdməsələr də, məsələnin bu cür həlli onlara sərf edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1687
avatar

Oxşar yazılar