Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün çoxmənzilli yaşayış binalarının şəhərciyi salınacaq. AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Yasamal ərazisində inşa olunacaq binalar 7 blokdan ibarətdir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətində şəhərciyin maketi ilə tanış olub. Yaxın saatlarda şəhərciklə bağlı daha ətraflı məlumat veriləcək.