AMEA-nın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis edilmiş mükafatları haqqında əsasnamələr təsdiqlənib. Lent.az AMEA-nın saytına istinadən xəbər verir ki, Rəyasət Heyətinin qərarı ilə Nəsrəddin Tusi, Həsən bəy Zərdabi, akademiklər - Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev və Musa Əliyev adına mükafatları haqqında əsasnamələr təsdiq olunub.
Qeyd edək ki, Nəsrəddin Tusi adına mükafat riyaziyyat və astronomiya, Həsən bəy Zərdabi adına mükafat təbiət elmləri, akademik Üzeyir Hacıbəyli adına mükafat mədəniyyət, ədəbiyyat və incəsənət, akademik Mirəsədulla Mirqasımov adına mükafat tibb elmləri, akademik Yusif Məmmədəliyev adına mükafat kimya elmləri və akademik Musa Əliyev adına mükafat geologiya və mineralogiya elmləri sahəsində mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə veriləcək.