Azərbaycan Milli Elmlər Akademiyasında yeni təyinatlar baş verib. Bu barədə Lent.az-a Akademiyadan məlumat verilib. Belə ki Südabə Dostəliqızı Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin rəis müavini təyin olunub.
S. Dostəliqızı AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. S.Dostəliqızı 1943-cü ildə anadan olub. Bakı Neft texnikumunu bitirib. AMEA RH Maliyyə-iqtisad şöbəsində rəis müavini vəzifəsində işləyib.
Elmi-təşkilat idarəsinin Elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini isə Ömər Gülalov təyin edilib.
Yeni təyinatadək AMEA RH Elmi-təşkilat idarəsində baş mütəxəssis vəzifəsində işləyib.