AMEA-da muğamşünaslıq şöbəsi yaradıldı
28 fevral 2014 17:50 (UTC +04:00)

AMEA-da muğamşünaslıq şöbəsi yaradıldı

AMEA Rəyasət Heyətinin müvafiq göstərişinə əsasən, Memarlıq və İncəsənət İnstitutunda yeni Muğamşünaslıq şöbəsi yaradılıb. AMEA-dan Lent.az-a verilən məlumata görə, muğam sənəti və muğam tarixi indiyədək AMEA-nın ayrı-ayrı sahə institutlarında, xüsusilə humanitar profilli institutlarda tədqiqatlara cəlb olunub. Lakin bu sahədə aparılan tədqiqatların mərkəzləşdirilməsi, sistemləşdirilməsi məqsədilə ayrıca bir şöbənin yaradılmasına böyük ehtiyac var. Yaradılan yeni şöbədə muğam  sənətinin genezisi, quruluş modeli, lad və melodik xüsusiyyətləri öyrəniləcək, bu sənətin başqa musiqi janrları, həmçinin digər xalqların anoloji sənət nümunələri ilə müqayisəsi aparılacaq, muğam Şərq musiqi mədəniyyətinin tərkib hissəsi kimi tarixi-ictimai hadisələr zəminində, mərhələlərlə araşdırılacaq.

 

 

Azərbaycan musiqisi tarixinə dair tədqiqatların müəllifi sənətşünaslıq doktoru Sevil Fərhadova yeni yaradılan şöbənin müdiri vəzifəsini icra edən təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498
avatar

Oxşar yazılar