AMEA-da magistratura sistemi
16 yanvar 2013 14:59 (UTC +04:00)

AMEA-da magistratura sistemi

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura sisteminin yaradılması təklif olunur.


 

 Bu barədə APA-ya açıqlamasında AMEA prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, bu bənd AMEA-nın Nizamnaməsində də əks olunub: “AMEA öz strukturunda magistratura, hətta universitet də yarada bilər. Amma hələ ki, buna nail ola bilməmişik. Müəyyən çətinliklər var. Əsasən də bizə belə bir arqument gətirirlər ki, magistratura təhsil pilləsi kimi Təhsil Nazirliyinə aiddir və Akademiya bu sistemi yarada bilməz. Amma bu, arqument əsaslı səslənmir. Biz demirik ki, magistrantlara diplomu AMEA versin, ancaq heç olmasa magistrantlar AMEA-da təhsil ala, öz tədqiqat işlərini yerinə yetirə bilərlər. Bu, həmin tələbələr və AMEA işçiləri üçün çox faydalı ola bilər. Diplomu isə qoy Təhsil Nazirliyi versin”.

 

M. Kərimov AMEA-da magistraturaya qəbulun hansı qurum tərəfindən keçirilə bilməsinə də aydınlıq gətirib: “Magistraturaya qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası keçirsin. Amma bu magistrlərin təhsili və təyinatı AMEA-ya verilsin. Biz onlara daha maraqlı və faydalı mövzular verə bilərik. Məsələn, AMEA-nın Əlyazmalar İnstitutunda bir çox əlyazma bu günə kimi hələ oxunmayıb. Onları oxumaq üçün İnstitutun gücü çatmır, əlavə işçilər lazımdır. Bu sahə üzrə magistraturada təhsil alan tələbələri həmin əlyazmaların tərcüməsinə cəlb edə bilərik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Oxşar yazılar