AMEA üzrə vəzifələr nomenklaturasında bir sıra dəyişikliklər edilib. Lent.az-ın məlumatına görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında qəbul olunub.
Akademiyanın elmi müəssisə və təşkilatlarının struktur (şöbə, laboratoriya və s.) rəhbərlərini və elmi bölmələrin nəzdində fəaliyyət göstərən elmi nəşrlərin redaksiya heyətlərini təsdiq etmək səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə verilməsi qərara alınıb.
AMEA Rəyasət Heyəti akademiyanın fəaliyyətini tənzimləyən uyğun normativ-hüquqi sənədlərə dəyişikliklər edilməsini nəzərdə tutn həmin qərarın ikinci bəndinin icrasını təmin etmək məqsədi ilə müvafiq qərar qəbul edib.
Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.