Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə yenidən əlavə yerləşdirilmə aparılmayacaq.
TQDK-dan Lent.az-ın sorğusuna verilən məlumatda bildirilir ki, 2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə yerləşdirmə üzrə I mərhələdən sonra plan yerləri 82% dolmuşdu. 15-19 avqust tarixlərində boş qalan yerlərə yenidən müsabiqə keçirildi və plan yerləri 83.31% doldu. Beləliklə də, ali məktəblərin plan yerlərinin 16, 69 %-i boş qalıb.
Bundan sonra əlavə yerləşdirmə nəzərdə tutulmur.