Ali məktəblərə keçid balları açıqlandı - <span style="color:red;">YENİLƏNİB
02 may 2014 12:04 (UTC +04:00)

Ali məktəblərə keçid balları açıqlandı - YENİLƏNİB

2014-2015-ci il tələbə qəbulu müsabiqəsində III qrup üzrə ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. I, II, IV qruplar üzrə isə tələbə olmaq istəyən abituriyentlər 250-dən aşağı bal toplamamalıdırlar.

 

Bundan başqa, bütün qruplar üzrə abituriyentlərin hər biri fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır.

 

TQDK-dan verilən məlumatda o da qeyd olunur ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

 

Qeyd edək ki, ötən  il ali məktəblərə keçirilən qəbul imtahanlarında  bütün qruplar üzrə keçid balları aşağı salınmışdı. I, II, IV qruplarda keçid balı 150-yə, III qrup üzrə 250-yə endirilmişdi.

 

Bu il ilkin statistik məlumatlara əsasən, ali məktəblərə sənəd verənlərin sayı 97 321 nəfərdir. Sənəd verənlərin 88 559-u Azərbaycan, 8762-si isə rus bölməsinin məzunudur. 35 562 nəfər I, 23 475 nəfər II, 26 167 nəfər III, 12 117 nəfər isə IV ixtisas qrupuna sənəd verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19147

Oxşar yazılar