Martın 18-də Ali Hərbi Məktəbdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan Multikulturalizmi” mövzusunda mühazirə keçirilib. Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, akademiyanın professor-müəllim heyəti və müdavimlərinin iştirak etdiyi tədbirdə mərkəzin Analitika şöbəsinin baş məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru Rəşad İlyasov ölkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb.
Mərkəzin əməkdaşı multikulturalizmin müasir cəmiyyətlərin ideya-siyasi, sosial- mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib. Natiq qeyd edib ki, multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövləti ölkəmizdə tarixən formalaşan çoxmədəniyyətlilik situasiyasının dayanıqlığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli bit töhfə olaraq təqdim edilməsi isitiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürür.
Qeyd edək ki, “Azərbaycan Multikulturalizmi” proqramı bu ilin əvvəlində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkəmizin müxtəlif bölgələrində il boyu davam edəcək “Azərbaycan Multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində həyata keçirilib.