ALBALI kart sahibləri üçün şəxsi kabinet
20 iyun 2013 13:32 (UTC +04:00)

ALBALI kart sahibləri üçün şəxsi kabinet

ALBALI kart sahibləri üçün daha bir yenilik. Artıq ALBALI kart sahiblərinin öz virtual şəxsi kabinetləri olacaq.  https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp

İndi hər bir kart sahibi istənilən vaxt həm də www.albali.az  və ya www.unibank.az  saytına daxil olaraq,  müştəri üçün yaradılan şəxsi kabinetdə verilən cədvələ ALBALI kartındakı son səkkiz rəqəmi və verilən gizli şifrəni daxil etməklə, kartının tranzaksiyalarını izləyə, borcları haqqında məlumat ala bilər. Əvvəlki ödənişlərindən və gələcək ödəmələrindən məlumatlı olan Albalı sahibləri, hesablarındakı bonusların həcmini də öyrənə biləcək.

Unibankın ALBALI kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. ALBALI kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı 700-dən artıq partnyor mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. ALBALI kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Ödənişi Unibankın istənilən filialındakı Cash-in terminallarında, MilliÖn paypointlərində,  www.unibank.az  və hesab.az saytında aparmaq mümkündür.

Müştərilər ALBALI kartı  Unibankın istənilən filialından heç bir komissiya haqqı ödəmədən,  tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir. ALBALI kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq və ya sizə ən yaxın olan filiala yaxınlaşmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/    ünvanından doldura bilərsiniz.

 “Albalı” kartı ilə baglı bütün məlumatları  www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündü.

Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?

ALBALI – çox-çox sərfəli kart.

Unibank – hər kəsin bankı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21182
avatar

Oxşar yazılar