Akif Əlizadə: ““Tədqiqat olmasa, onları təhlil etməsək, hansı nəticələr əldə etmək olar”
10 iyul 2013 14:38 (UTC +04:00)

Akif Əlizadə: ““Tədqiqat olmasa, onları təhlil etməsək, hansı nəticələr əldə etmək olar”

“Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların aparılmasını asanlaşdırmaq üçün avto-bazası yaradılmalıdır”. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib. O bildirib ki, bir vaxtlar akademiyada alimlər tərəfindən müxtəlif tədqiqatların aparılması üçün ekspeditor-maşın tapmaq çətin idi.

 

 “Tədqiqat olmasa, onları təhlil etməsək, hansı nəticələr əldə etmək olar? Avto-baзa maşınlarla, bütün avadanlıqlarla təchiz olunmalıdır. Arxeoloqlar özləri öz təşəbbüsləri ilə müəyyən iş aparır. Amma bunlar vahid bir şəkildə, akademiyanın köməkliyi ilə aparılmalıdır. Son zamanlar prezident tərəfindən elmə diqqət və qayğı göstərilir. Biz də gördüyümüz işlərlə onun bu hörmətinə cavab verməliyik. Dövlət və prezident İlham Əliyev bizim gördüyümüz bütün işlərə dəstək göstərməyə hazırdır”.

A.Əlizadə akademiyanın özünün klinikasının yaradılmasını vacib hesab edib. O qeyd edib ki, akademiyanın özünün klinikası və başqa idarələri olmalıdır

# 425
avatar

Oxşar yazılar