Akademik Zərifə Əliyevanın xatirəsi Ukraynada yad edilib. Bu barədə Lent.az-a Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən məlumat verilib.
İrpen şəhərinə gələn Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvləri tanınmış alimin büstü önünə tər çiçəklər qoymaqla onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Anım mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov çıxış edərək, öz şəfalı əlləri ilə neçə-neçə insanın gözünə nur bəxş edən akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı misilsiz xidmətindən danışıb. Tədbirdə akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan bəhs olunub.