Ağsaqqallar Şurası Heydər Əliyevi anım mərasimi keçirib
10 dekabr 2014 19:45 (UTC +04:00)

Ağsaqqallar Şurası Heydər Əliyevi anım mərasimi keçirib

0
 
Bu gün Ağsaqqallar Şurası Heydər Əliyevi anım mərasimi keçirib. APA-nın məlumatına görə, mərasimdən əvvəl iştirakçılar Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

 

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, xalqın tələbi ilə təkrar hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı parçalanmadan xilas edib: "Ümummilli lider Heydər Əliyev öz xalqına, dövlətinə və torpağına sadiq şəxsiyyət idi. Ulu öndərin hakimiyyətdə olmadığı illərdə Azərbaycanın 20 faiz torpağı erməni silahlı qüvvələri tərəfindən işğal edildi, 1 milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurd-yuvalarından didərgin düşdü. Ölkəmiz 20-30 mindən artıq şəhid verdi. Eləcə də həmin illərdə 30 minə yaxın insan əlil oldu. Məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanı bu bəladan qurtardı, ölkəni işıqlı gələcəyə aparan möhkəm siyasətin əsasını qoydu. Bu gün onun layiqli davamçısı prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan dünyanın sayılıb-seçilən, hər kəsin hesablaşmağa məcbur olduğu dövlətə çevrilib".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar