"Azərişıq" 12 komplekt transformator məntəqəsi istifadəyə verib
30 iyul 2015 17:29 (UTC +04:00)

"Azərişıq" 12 komplekt transformator məntəqəsi istifadəyə verib

“Azərişıq” ASC-də  “Aran” RETSİ üzrə tədbirlər planı hazırlanıb. Qurumdan Lent.az-a verilən məlumata görə, yerli iqlim şəraiti nəzərə alınaraq istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı məqsədi ilə əsaslı və cari təmiri işlərinin  planları tərtib olunub. Aran RETSİ-nin struktur tərkibinə daxil olan İmişli, Saatlı, Sabirabad, Beyləqan, Ağcabədi, Füzuli, Ağdam, Kürdəmir, Zərdab elektrik şəbəkələrinin hər birini qısa müddətdə ən keyfiyyətli və müasir vəziyyətə gətirilməsi qarşıya məqsəd kimi qoyulub.

 

“Aran” RETSİ-nin balansında olan elektrik şəbəkələrində son 5 ay ərzində xeyli miqdarda işlər görülüb. Bu müddət ərzində Ağdam rayonunda 7, Füzuli rayonunda isə 5 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılaraq istifadəyə verilib. Ağdam rayonu Quzanlı qəsəbəsində  609-0011 saylı, Füzuli rayonu Bəhmənli kəndindəki 606-0110 saylı KTM-lər quraşdırılıbr. Hər iki rayonun fiziki və mənəvi cəhətdən köhnəlmiş xeyli məsafədə elektrik  verilişi xətləri dəyişdirilmiş və dəmirbeton dayaqlar basdırılaraq elektirik enerjisinin ötürülməsində dayaqnıqlıq və etibarlılıq artırılıb. Bir çox ərazilərdə isə kabelləşmə işləri aparılaraq sona çatdırılıb. Sabirabad rayonu ərazisində ofis binasının tikintisi də başlanılmış və əsaslı işlər başa çatdırılıb. 35kV-luq Zərdab-Əlvənd hava xəttindən budaqlanma yolu ilə çəkilmiş 35kV-luq bir  dövrəli Nəzərallı elektrik veriliş hava xəttinin yenidən qurulması işləri də uğurla həyata keçirilib.

 

Ümumilikdə “Aran” RETSİ üzrə 92 ədəd KTM quraşdırılmış, onlardan 60-dan artıq elektrik şəbəkələrinə qoşulub.  Rütübətin və yağışların daha çox olduğu cənub ərazilərdə bəzi KTM-lər tez çürüyən materiallarla deyil, daşdan tikilmiş mühafizə zolağı ilə əhatələnmiş və ətrafı abadlaşdırılıb. Əksər yerlərdə istismar müddətini bitirib və təhlükəli xarakter almış ağac və sınıq-salxaq beton dayaqlar yeni dayaqlarla əvəz edilib.

 

Saatlı rayonu Axundov küçəsi, H.Əliyev prospekti (şəhər mərkəzi), Potubəyli kəndi, Əlisoltanlı kəndi ərazisində KTM-lərin quraşdırılması ilə yanaşı kabelləşmə işləri də sona çatdırılıb. “Aran” RETSİ üzrə yeni və eləcə də dəyişiklik zərurəti olan abonentlər üçün sayğaclar quraşdırılaraq təhvil-təslim işləri aparılıb.

 

Hazırda regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi  ilə əlaqədar  işlər  davam etdirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Oxşar yazılar