<b>Azərbaycanlı oğlan 15 yaşında universitetə girdi - <span style="color:red;">FOTO </b>
05 sentyabr 2017 11:02 (UTC +04:00)

Azərbaycanlı oğlan 15 yaşında universitetə girdi - FOTO

0

 

İsayev Elcan Sabir oğlu ADAU-nun builki tədris ilinin ən gəc tələbəsidir. Onun cəmi 15 yaşı var. Elcan 2002-ci ildə Tovuzun Həsənli kəndində anadan olub. Hazırda, rayonun Dondar Quşçu kəndində yaşayır.

 

Lent.az-ın məlumatına görə, ADAU-nun “meşəçilik” ixtisasını seçən E. İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyinə inanır.

 

Qeyd edək ki,  “meşəçilik” ixtisası ADAU-nun yalnız dövlət sifarişli ixtisaslarından biridir.

 

Əlavə olaraq onu da qeyd edək ki,  2017-2018-ci tədris ilində respublikanın ən yaşlı abituriyent - Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 455

Oxşar yazılar