ABŞ Azərbaycanda minaların təmizlənməsinə 30 milyon dollar yardım edib
26 sentyabr 2017 11:19 (UTC +04:00)

ABŞ Azərbaycanda minaların təmizlənməsinə 30 milyon dollar yardım edib

0

“Ceyrançöl layihəsi başlayandan ABŞ ona dəstək verib”.

 

 

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı və gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri" adlı tədbirdə çıxışı zamanı deyib.

 

 

O bildirib ki, ölkəsi layihənin üçüncü mərhələsinə keçməsini də dəstəkləyir: "Partlamamış hərbi sursatların günahsız insanlara necə təsir etdiyini görürük. Ərazilərin minalardan təmizlənməsinə indiyədək 30 milyon dollar töhfə verilib. Donor ölkələri ilə birgə 40 kv. km-dən çox çirklənmiş ərazi təmizlənib. ANAMA-nın töhfələri ölkənin hüdudlarından kənara çıxır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar