Gəncənin yeraltı yollarının bərpası üçün ABŞ-dan xüsusi robotlar gətiriləcək. Lent.az-ın Gəncə Media Mərkəzinə istinadən verdiyi məlumata görə, bunu AMEA-nın Gəncə Bölməsinin direktor müavini Samir Pişnamazzadə bildirib.
Onun sözlərinə görə, bununla bağlı Amerika Birləşmiş Ştatlarının Smitsan İnstitutunun Milli Muzeyinin rəhbəri Pol Maykl Teylor Gəncədə səfərdə olarkən bildirib: “Pol Maykl Teylor Gəncədə olarkən bu məsələ müzakirə edildi. Hazırda bununla bağlı layihə hazırlanıb və qonaq onu Vaşinqtonda müzakirə edəcək”.
Onun dediyinə görə, razılıq aldıqdan sonra robotlar bu ilin ortalarında Gəncəyə gətiriləcək”.