Buraxılış imtahanı üzrə onlayn sınaq imtahanı keçiriləcək
07 may 2018 16:34 (UTC +04:00)

Buraxılış imtahanı üzrə onlayn sınaq imtahanı keçiriləcək

 

 

2017-ci ilin buraxılış imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil olunacaq.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumat görə 9-cu və 11-ci sinifdə təhsil alan şagirdlər, o cümlədən ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə), V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər sınaq imtahanında iştirak edə bilərlər

İmtahanda iştirak etmək üçün 2 manat tələb olunur. Onlayn sınaq imtahanı vermək istəyənlər evi tərk etmədən rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

Hazırda 2017-ci il buraxılış imtahanının (9 illik təhsil bazasında) ikinci mərhələsində istifadə olunmuş sual kitabçaları (Azərbaycan və rus bölməsi) üzrə onlayn sınaq imtahanı http//otk.az portalına yerləşdirilib.

11-ci sinif üzrə buraxılış imtahanlarına aid materiallar isə yaxın günlərdə portala yerləşdiriləcək. Şagirdlər yekun qiymətləndirmə, abituriyentlər isə kolleclərə və ya V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul  imtahanlarına hazırlıq səviyyələrini bir daha özləri üçün müəyyənləşdirə bilərlər.

Onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar