“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Milli adət ənənələrimiz və müasirlik” adlı silsilə tədbirlərə start verib. Lent.az-ın məlumatına görə, Xaçmazda keçirilən tədbirdə birliyin sədri Sevinc Əzimbəyli çıxış edərək bildirib ki, əsas məqsəd ölkə vətəndaşlarına, xüsusilə gənclərimizə milli vətənpərvərlik ruhunun aşılanması, mənəvi dirçəlişimizin yüksəlişini müqəddəs bir prinsip kimi təbliğ etməkdir.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Azərbaycan xalqının və dövlətinin milli adət-ənənələrinə sahib durması Yaxın Şərqdə baş verənlərin ölkəmizdə təkrarlanmasının qarşısını aldığını deyib.
Tədbirdə Xaçmaz şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Mənsumova Yaqut və Cümə məscidinin axundu Rzayev Yaşar çıxış ediblər.