Uşaqların Beynəlxalq Müdafiəsi Günü Heydər Əliyev Sarayında qeyd ediləcək
23 may 2013 20:07 (UTC +04:00)

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Heydər Əliyev Sarayında qeyd ediləcək

Mayın 25-də Heydər Əliyev Sarayının təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş böyük konsert proqramı keçiriləcək.

 

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə “Asiman” rəqs kollektivinin iştirakı ilə milli və müasir rəqslər, Şaolin və Bədii Gimnastika Federasiyalarını təmsil edən idmançı uşaqların iştirakı ilə rəngarəng çıxışlar olacaq.

 

Konsert proqramında illüziya şousu və bir sıra estrada ulduzlarının iştirakı nəzərdə tutulub.

 

Bundan əlavə, uşaqlar Azərbaycanın “Eurovision” təmsilçiləri Fərid Məmmədov və Eldar Qasımovu böyük səhnədə izləmək imkanı əldə edəcəklər. Sarayın rəhbərliyi tərəfindən kimsəsiz, fiziki qüsurlu, əlil uşaqlar konsertə təmənnasız olaraq dəvət olunub.

 

Biletlər şəhərin kassalarında 5-20 AZN arasında satılır. Konsertin informasiya dəstəyi APAİnformasiya Agentliyinə məxsusdur. 

 

# 449
avatar

Oxşar yazılar