Unibank peşə bayramları münasibətilə VERGİ işçilərini təbrik edir. Vergi işçilərinin peşə bayramı münasibətilə, xüsusi kredit aksiyası başlayıb. Bu gündən martın 11-dək davam edəcək aksiya çərçivəsində, vergi əməkdaşları Unibankdan 2% endirimlə kredit ala biləcəklər. 3-30 ay müddətli kreditin maksimal həcmi 5000 AZN-dir. Minimal əmək haqqına tələbin olmadığı krediti, Azərbaycan Respublikasında qeydiyyatda olan hər bir Vergi işçisi ala bilər.
Unibank-da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5000 manatadək kredit ala bilər. Vətəndaşların böyük marağına səbəb olan arayışsız kreditləri əhali üçün daha da sərfəli etmək məqsədilə, Unibank faiz dərəcələrini kəskin aşağı salıb.
Bankın yeni aksiyası çərçivəsində, müştərilər 6% daha ucuz kredit əldə edə bilərlər. 6% daha ucuz kreditlər 3 aydan 6 ayadək müddətə götürülən kreditlərə şamil edilir. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir. Unibankın 6 aya 6% endirimli, arayışsız kredit kampaniyası fevralın 28-dək qüvvədədir.
Unibankın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur.
Qeyd edək ki, Unibank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə
günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir. Bankın Bülbül pr. 10 ünvanında, “Sahil” metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az/) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı!