(R) Tünzalə Ağayevanın unikal layihəsi uğurla başa çatdı
13 fevral 2013 15:30 (UTC +04:00)

(R) Tünzalə Ağayevanın unikal layihəsi uğurla başa çatdı

Bu da xalqın yazdığı “Novruz” mahnısı! Eyni anda həm marketinq, həm də mədəniyyət hadisəsi olan bu gözəl mahnını əməkdar artist Tünzalə Ağayeva təqdim etdi. Bu layihədən xəbəri olan 500.000-dən çox Azərbaycanlı artıq “Novruz mahnısına” dinləyib zövq ala bilər. 

 

Tünzalə xanım bildirir ki, Novruz haqqında mahnı yazmaq ideyası uzun müddətdir ki, onun planlarına daxil idi. Amma daha fərqli bir layihə etmək üçün maraqlı forma axtarışları işi bir qədər ləngidirdi. Nəhayət, sevimli müğənnimiz bu mahnını necə yazacağını müəyyənləşdirib – xalqla birgə. Müğənni nəticədən çox razıdır. Novruzmahnisi.com saytına daxil olub Novruz bayramı ilə assosiasiya olunan sözlər yazan minlərlə dinləyici mahnının yazılmasında əsas ilham mənbəyinə çevrilib. 

 

“Coca-Cola Company” şirkətinin bu layihədəki rolu da xüsusi qeyd edilməlidir. Şirkət bir daha nümayiş etdirdi ki, o, xalqın milli dəyərlərinə, adət-ənənəsinə necə böyük diqqət və hörmətlə yanaşır.

 

Qeyd edək ki, Tünzalə xanımın layihəsinin reallaşması üçün Azərbaycan, Qazaxıstan və Türkiyədən 60 nəfərlik peşəkar komanda çalışıb. Digər ölkələrin mütəxəssislərilə birgə çalışmaq, onların diqqətini istər reklam kreativliyinə, istərsə də Azərbaycan mədəniyyətinə yönəltmək, onlarla müştərək layihə həyata keçirmək bütün hallarda böyük alqışa layiqdir. Bu layihənin gələcəkdə yeni ideyaların yaranmasına stimul verəcəyini əminliklə söyləyə bilərik.

 

Tünzalə xanımın ifasında “Novruz” mahnısını dinləmək üçün novruzmahnisi.com saytına və Facebook-da Tünzalə Ağayevanın fan səhifəsinə baş çəkə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029
avatar

Oxşar yazılar