Hər zaman müştərilərinin xidmətində duran və daim onları yeni-yeni kampaniyaları ilə sevindirən Worldcard bu dəfə də ənənəsinə sadiq qaldı. Fevralın 1-dən start götürən və Sevgililər Gününə həsr olunan kampaniyadan siz də yararlanın.
6 yox, indi 9 ay!
Kampaniyada geyim, parfüm, hədiyyəlik əşyalar üzrə mağazalar iştirak edir. Kampaniyanın əsas özəlliyi ondan ibarətdir ki, bundan öncəki kampanyalardan fərqli olaraq Sevgililər Günü ərəfəsində və sonrasında hədiyyə almaq istəyənlər artıq Worldcard-la 6 ay deyil, 9 ay ödəmə edəcəklər. Məsələn, 180 manat dəyərində fransız ətri, gözəl gül dəstəsi və dəbli çanta aldığınız halda, onu 6 aya bölüb hər ay 30 manat ödəyirdiniz. Ancaq bu kampaniyada 6 ay deyil, 9 ay ödəyəcəksiniz. Ən əsası isə ödəniş təxminən 20 manat təşkil edəcək. Bu isə sizin büdcənizə qənaət anlamına gəlir.
Əlavə balları necə qazanmalı?!
Yuxarıda sadalananlardan əlavə, 14-17 fevral tarixlərində Worldcard istifadəçiləri rahatlıqla sevgililər üçün xüsusiləşmiş günü daha da xüsusiləşdirə bilərlər. Bu imkanı sevgililərə məhz “Vadaa” verir. Belə ki, Worldcard-ın çalışdığı restoranlardan birində romantik şam yeməyi edəcəyiniz halda, əlavə ballar qazanacaqsınız. Sevgililər Gününü Worldcard-ın əməkdaşlıq etdiyi 20-dən çox məşhur restoranlarda 20%-ə qədər bal qazanmış olacaqsınız. Fast food-dan türk yeməklərinə, milli mətbəxdən tutmuş əcnəbi yeməklərə kimi geniş qida sahəsini əhatə edən restoranlarla aşağıdakı linkdə tanış ola bilərsiniz. Worldcard sizin özəl gününüzü təkrarolunmaz və yaddaqalan edəcək.
http://www.worldcard.com.az/uye-isyerlerimiz//world-kampanyalari/restoranlar/ak-36.aspx
Worldcard sərhədsiz və 1-cidir!
Sərhəd tanımayan Worldcard yalnız ölkəmizdə deyil, Türkiyə, Rusiya və Dubayda da müştərilərimizin rahat alış-veriş edib hissə-hissə ödəmə imkanı yaradır. Bundan başqa, Worldcard ilə dünyanın hər yerində Master Card loqosu olan istənilən ticarət obyektində rahat-rahat alış-veriş etmək mümkündür.
Sonda qeyd edək ki, Yapı Kredi Bank və Worldcard qısa zamanda – 3 ay ərzində 30.000-dən artıq (!) vətəndaşa xidmət etmək kimi ağır bir işin öhdəsindən layiqincə gəlir. Hazırda 800-dən artıq ticarət obyekti ilə çalışan «Vadaa» bu göstəriciyə görə Azərbaycanda birincidir.
Hər bir müştəri Yapı Kredi Bank üçün özəldir. Siz də Worldcard istifadəçi olduqda özəl birinə çevrilirsiz. Worldcard adi və özəl günlərdə hər zaman sizinlərdir!