İntegral şirkətinin növbəti aksiyası çərçivəsində alıcıları super hədiyyə gözləyir!
İntegral şirkəti alıcılarını xoş sürprizlərlə sevindirməkdə davam edir. 2013-cü il, 21 noyabr tarixindən etibarən İntegral şirkəti yeni, “Planşet al, smartfon hədiyyə edək!” kampaniysına start verib. Kampaniyanın şərtlərinə görə, Siz sadəcə Samsung Galaxy Tab 3 P5200 planşetini alırsız və hədiyyə olaraq Galaxy Star Dual S5282 smartfonunu əldə edirsiz. Sadə və rahat!
Kampaniya “İntegralPlus” mağazalar şəbəkəsinin salonlarında, həmçinin, Bakı şəhərinin bütün mobil telefon mağazalarında keçirilir. Aksiya cəmi 1 ay davam edəcək. Odur ki tələsin!
Qeyd edək ki, Galaxy Tab 3 P5200 planşeti yüngül və nazik olduğu halda, diaqonalı 10.1 düymlü böyük ekrana malikdir. Planşet əldə rahat yerləşir və üslublu görünür. WXGA (1280 x 800, 149PPI) çözünürlüyü foto və video görüntülərinin dürüst, aydın əks etdirilməsini təmin edir. Əgər musiqi həyatınızın ayrılmaz hissəsidirsə, gücləndirici qurğu Sizi keyfiyyəti və gur səs ilə sevindirəcək. Qulaq asma zamanı təbillərin dərindən səslənməsindən, kompozisiyalarının ən incə çalarlarından həzz alınır. Dolby Surround funksiyası filmlərə baxarkən onların səs atmosferini dərindən duymağa imkan verir.
İki SİM kartlı Samsung GALAXY Star Dual S5282 smartfonu – Sizin yeni smart-həyatınızın açarıdı. Sürətli mobil prosessor çoxtapşırıqlı rejim, tətbiqlərlə iş, müxtəlif kontentlərin yüklənmə və mübadiləsi ilə asanlıqla bacarır. Böyük yaddaşa malik smartfon, Google Now interfeysi daxil olmaqla, çoxsaylı Android platformunun funksiyalarını dəstəkləyir. Samsung GALAXY Star Dual S5282-in intuitiv anlamlı idarəetmə interfeysi və intellektual, multimediya funksiyalarını dəstəkləməsi Sizə asudə vaxtınızda bol əylənmə imkanı yaradacaq.
“Integral” şirkəti haqqında
“INTEGRAL” şirkəti Azərbaycanın telekommunikasiya bazarında 16 il, yəni 1997-ci ildən fəaliyyət göstərir. Bu gün “INTEGRAL” şirkəti bütöv Azərbaycan ərazisində işləyən, geniş yayılmış güclü diler şəbəkəsidir. Onun fəaliyyəti Bakı, Gəncə, Sumqayıt şəhərlərini və Respublikanın 50 regionunu əhatə edir. Samsung Electronics-in rəsmi distribütoru olaraq, “INTEGRAL” dünya şöhrətli istehsalçının orijinal və sertifikatlaşdırılmış mobil qurğularının satışı ilə yanaşı, daim ixtisaslarını artıran mühəndislərin çalışdıqları beynəlxalq səviyyəli servis mərkəzlərində keyfiyyətli xidməti təmin edir.