Hesab.az portalında bu gündən «Oriflame» İsveç şirkətinin hədiyyə günlərinə start verilir. Azərbaycanın ən böyük onlayn-ödəmələr portalında bir həftə davam edəcək bu aksiya 40 minə yaxın qeydiyyatdan keçən istifadəçilərə yüzlərlə hədiyyə qazanmağa imkan verəcək.
«Golden Pay» ödəmə texnologiyaları əsasında çalışan Hesab.az-da istənilən mobil operatorların, əksər İnternet-provayderlərin, bütün kabel televiziya şəbəkələri və kommunal şirkətlərinin xidmətləri bank kartları vasitəsi ilə ödənilir. Qeydiyyatdan keçən istifadəçilər isə şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və hər 1 manat məbləğində apardıqları ödəmə zamanı 100 bonus xalı qazanaraq 7 növ «Oriflame» hədiyyələri üzrə hərraclarda iştirak edə bilərlər. Stasionar və mobil rabitə, kabel TV və internet, kommunal və digər xidmətləri bu zaman mobil telefonlar vasitəsi ilə də - m.hesab.az mobil resursundan ödəmək olar.
Qeyd edək ki, “Sevgilin üçün hədiyyə qazan” şuarı altında keçirilən hədiyyə aksiyası fevralın 14-də başa çatacaq. Xatırladaq ki, Hesab.az-da milyonuncu əməliyyatın müəllifinə bu ay dəyərli hədiyyə - müasir «Acer» netbuku - təqdim olunacaq. Hal-hazırda portalda 980 minə yaxın əməliyyat qeydə alınıb, onların məcmu həcmi isə 9 milyon manat təşkil edir.
Beynəlxalq sevgililər günü ərəfəsində «Oriflame» hədiyyələri barədə daha ətraflı məlumat üçün (012) 510 1713 telefon nömrəsinə zəng edin.