Unibank peşə bayramları münasibətilə gömrük işçiləri üçün xüsusi kredit aksiyası başlayıb. Bu gündən fevralın 28-dək davam edəcək aksiya çərçivəsində, gömrük əməkdaşları Unibankdan 2% endirimlə kredit ala biləcəklər. 3-30 ay müddətli kreditin maksimal həcmi 5000 AZN-dir.
Minimal əmək haqqına tələbin olmadığı krediti, Azərbayca Respublikasında qeydiyyatda olan hər bir gömrükçü ala bilər. Unibank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırdı. Bundan sonra 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək.
Unibank müştəriləri üçün arayışsız kreditlərin həcmini də 5000 AZN-dək artırdı. Iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə verilən arayışsız kreditləri, bankın bütün paytaxt və rayon filiallarında almaq mümkündür. Müştərilərin qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur.
Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir. Yeni qaydalara görə, Unibankdan 3-6 ay müddətinə nağd kredit götürən hər kəsə 6%-lik endirim də edilir.
Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir.
Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir. Bankın Bülbül pr. 10 ünvanında, “Sahil” metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı
fəaliyyətdədir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az/) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.