“Bank of Baku” Ramazan bayramı ilə əlaqədar Bolkart sahibləri üçün əlverişli bayram kampaniyası elan edir. 8 və 9 avqust tarixlərində Bolkart sahibləri üçün alış-veriş zamanı ödəniş aylarının sayı 3 ay uzadılır. Beləliklə, bu tarixlərdə alınmış malın dəyərini 3 ay keçərli olan mağazalarda 6 aya , 6 ay keçərli olan mağazalarda 9 aya, 12 ay keçərli olan mağazalarda 15 aya ödəmək mümkündür. Kampaniya yalnız iki gün qüvvədədir.
Bu kampaniyada 1 aylıq ödəniş qəbul edən ticarət obyektləri (supermarket, restoran, aptek və s.) iştirak etmir.
Hal-hazırda 130.000-ə yaxın Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir. Kredit kartı ilə alış-veriş etmək, nağd pul çıxarmaq və digər üstünlüklərdən bəhrələnmək olar.
Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder