(R) Bolkart Facebook sorğusunda liderdir!
04 mart 2013 18:06 (UTC +04:00)

(R) Bolkart Facebook sorğusunda liderdir!

Azərbaycanın nüfuzlu marketinq nəşrlərindən olan “Facemark”-ın keçirdiyi sorğuda “Bank of Baku”-nun Bolkart kredit kartı Facebook istifadəçilərinin ən çox səsini toplayan kredit kartı olub.  www.facemark.az elektron nəşrinin sosial şəbəkə səhifəsində “Hansı taksit kartından istifadə edirsiniz?" sualına cavab verənlərin 52,3%-i Bolkart-ın adını çəkib. Beləliklə, Bolkart sorğuda iştirak edən beş yerli bankın kredit kartı arasında ən çox səs toplayaraq reytinqin birinci pilləsində qərarlaşıb. Beş minə yaxın insanın iştirak etdiyi bu sorğuya istifadəçilər yüzlərlə şərh də veriblər.

 

“Bank of Baku” keçirilmiş sorğuda Bolkart-ın birinciliyini müştərilərin artan məmnuniyyəti kimi qəbul edir.

 

Xatırladaq ki, ilk dəfə deyil ki “Bank of Baku” keçirilən onlayn sorğularda rəqiblərini qabaqlayır. Bir qədər öncə www.banker.az  saytının keçirdiyi sorğuda “Bank of Baku” ötən ilin ən yaxşı bankı elan edilmişdi. Bundan öncə isə www.facemark.az elektron nəşrinin keçirdiyi bank sorğusunda “Bank of Baku” lider olmuşdur.

 

1994-cü ildə təsis edilən “Bank of Baku” hazırda Azərbaycanın pərakəndə bankçılıq sahəsində aparıcı maliyyə təsisatlarından biridir.

 

“Bank of Baku” –nun məhsul və xidmətləri ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə  və www.bankofbaku.com korporativ səhifəsini ziyarət etmək olar.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887
avatar

Oxşar yazılar