Bolkart sahiblərinin rahatlığını təmin etmək məqsədilə “Bank of Baku” Bolkart şəbəkəsində pulsuz SMS məlumatlandırma xidmətinin tətbiqinə başlayır. Bu xidmət sayəsində hər bir Bolkart sahibi alış-veriş etdikdə bu barədə onun mobil telefonuna icmarıc daxil olacaq.
Bu xidmətin aşağıdakı üstünlükləri var :
1. Hər alış veriş etdikdə, Bolkart sahibinin mobil telefonuna alış veriş etdiyi ticarət subyektinin adı, alış veriş məbləği və kartda mövcud balansı göstərən SMS daxil olur.
2. Nağdlaşdırma kampaniyaları zamanı mobil telefona nağdlaşdırılan məbləğ və cari balans barədə SMS daxil olur.
3.Bolkart sahibi kartdakı məbləğə nəzarət imkanı qazanır.
Beləliklə, bundan belə hər bir Bolkart sahibi kartdakı balansı barədə bankdan operativ məlumat alacaq.
Bu gün artıq 100.000-nə yaxın Azərbaycan vətəndaşı Bolkartdan gündəlik istifadə edir. Kartı birbaşa banka gəlməklə və ya onlayn qaydada sifariş etmək olar : http://www.bolkart.az/