(R) Albalı-dan 10 min manatlıq lotereya uduşu
25 oktyabr 2013 15:59 (UTC +04:00)

(R) Albalı-dan 10 min manatlıq lotereya uduşu

Unibank-dan Albalı kart sahiblərinə növbəti sürpriz: “Albalı kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereya başlayır. Oktyabrın 24-dən dekabrın 31-dək davam edən lotereya oyunu müddətində Albalı kartı ilə (o cümlədən 28 Malla Albalı kartları ilə) minimum 10 AZN-lik alış-veriş edən hər kəs lotereyada iştirak edə bilər. Əməliyyatın hər 10 AZN-i bir şans kimi qiymətləndirilir (28 Mall Albalı ilə 28 Mallda edilən belə əməliyyat isə iki şans kimi dəyərləndiriləcək). Məsələn, müştəri Albalı ilə 25 manatlıq alış-veriş edibsə, onun lotereyada 2 iştirak şansı olacaq. Bu həcmdə əməliyyat 28 Mall Albalı kartı ilə 28 Mall Ticarət mərkəzində aparılarsa, həmin müştərinin lotereyada iştirak üçün 4 şansı yaranır. Lotereya 1 tirajdan ibarətdir. Ümumi uduş fondu 10 min AZN olan lotereyanın 35 qalibi olacaq. 5 qalib hərəsi 1000 AZN, 5 qalibi isə hərəsi 500 AZN, 25 nəfər 100 AZN pul mükafatı əldə edəcəklər. Uduş tirajı 15 Yanvar 2014-cü ildə, Unibank-ın R. Behbudov 55 ünvanında yerləşən Baş ofisində keçiriləcəkdir.

Hər gün minlərlə vətəndaş, ölkənin 850-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində Albalı kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. ALBALI kartını bankın istənilən filialından pulsuz almaq mümkündür.

 

2 il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində

nağdlaşdırma da mümkündür.

 

Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?

 

ALBALI – çox-çox sərfəli kart.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039
avatar

Oxşar yazılar